...

Azərbaycanada taxıl sahələrinin 50 faizi biçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iyulun əvvəlinə ölkə ərazisində yazlıq taxıl əkinlərinin (qarğıdalı istisnadır) 340835 hektarında biçin aparılıb. Bu, bütün biçəcək ərazinin (678100 ha) 50 faizini təşkil edir.

Müxtəlif regionlar üzrə taxıl biçini göstəriciləri: Naxçıvan Muxtar Respublikası - 7580 ha (ümumi sahə 25626 ha), 30%; Abşeron - 438 ha (ümumi sahə 487 ha), 90%; Ağdam - 4068 ha (ümumi sahə 7013 ha), 58 %; Cəlilabad - 37482 ha (ümumi sahə 48054 qa) 78%; Xaçmaz - 3200 ha (ümumi sahə 20321 ha), 16%; Sabirabad -8751 ha (ümumi sahə 23256 ha), 38 %; Şamaxı-3720 ha (ümumi sahə 17200 ha), 22%; Ucar -10106 ha (ümumi sahə 10423 ha), 97 %; Zaqatala-1040 ha (ümumi sahə 3957 ha), 26 %.

Xəbər lenti

Xəbər lenti