...

"Greenoak": Batumi terminalı itkilər verməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2007 16:10 (UTC +04:00)

Qazaxıstan, Astana /müx. Trend K. Arınova/ Batumi neft terminalının ortağı olan "Greenoak" invesitisiya şirkətinin inkişaf üzrə meneceri Loran Rusetkasın verdiyi məlumata görə, Batumi neft terminalına yüklərin çatdırılması ilə bağlı vəziyyət müsbətə doğru heç bir dəyişiklik olmadan əvvəllər olduğu kimi qalır: yüklər İran və Rusiya istiqamətində daşınır.

Yaz aylarında bir sıra informasiya agentliklərinin yaydığı məlumatda bildirilib ki, Rusetkas bəyan edib ki, Batumi terminalı əldən çıxarılmış 1 mln. dollar dividend həcmində itkilərə məruz qalıb. Bu, yüklərin əhəmiyyətli həcminin itirilməsinin başlıca səbəbidir.

Rusetkasın həmin dövrdə verdiyi məlumata görə, bu, Bakı-Batumi marşrutunda nəqliyyat xərclərinin artımı ilə bağlıdır və bu səbəbdən də yük göndərilməsi ilə məşğul olan şəxslər digər marşrutlara üz tutublar.

"Biz ümid edirik ki, Qazaxıstan, Gürcüstan və Azərbaycanın hökumət nümayəndələrindən yaradılan işçi qrup konstruktiv həllə nail olacaq" - deyə Rusetkas bildirib.

Xəbər lenti

Xəbər lenti