...

Ukraynanın Maliyyə Nazirliyi dövlət sığorta nəzarəti səlahiyyətlərinin işlənib hazırlanmasını başa çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Ukraynanın Maliyyə Nazirliyi dövlət sığorta nəzarəti vəzifələrinin işlənib hazırlanmasını başa çatdırır, bu barədə çərşənbə axşamı Ukrayna Maliyyə Analitikləri Cəmiyyətinin sığorta üzrə komitə sədri, "Providna" Ukrayna şirkətinin sığorta üzrə İdarə Heyətinin sədr müavini Vyaçeslav Çernyaxovskinin verdiyi məlumatda bildirilir. Çernyaxovskinin sözlərinə görə, qeydiyyatın keçirilməsi və sığorta fəaliyyətinin aparılması üçün şirkətlərə lisenziyaların verilməsi üçün tarix dəqiqləşdirilir.

Ekspert qeyd edib ki, müddətsiz lisenziyanın ayrılması Ukraynanın sığorta bazarının fəaliyyətində mühüm addımdır.

Ukrayna qəbul olunması 2008-ci ildə gözlənilən sığorta haqqında yeni qanun işləyib hazırlayır.

Yeni qanuna əsasən, şirkətlərin nizamnamə kapitalı 5 mln. avro təşkil etməlidir.

"Providna" Ukrayna sığorta şirkəti "Rosqosstrax" Şirkətlər Qrupuna daxildir. "Rosqostrax" bazarda 83 illik təcrübəyə malik olan, miqyasına və ərazi əhatəsinə görə Rusiyanın iri sığorta şirkətidir.

Xəbər lenti

Xəbər lenti