...

Səfir: "Vilnüsdə energetika sahəsində əməkdaşlığa dair üç müqavilə imzalanacaq"

Energetika Materials 5 Oktyabr 2007 17:04 (UTC +04:00)
Səfir:   "Vilnüsdə energetika sahəsində əməkdaşlığa dair üç müqavilə imzalanacaq"

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Oktyabrın 10-11-də Vilnüsdə (Litva) k eçiriləcək Beynəlxalq Enegetika Konfransında Azərbaycan, Ukrayna, Polşa, Gürcüstan, Litva və Polşa prezidentləri iştirak edəcəklər. Bu barədə cümə günü Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmamas məlumat verib.

Konhfrans zamanı prezidentlər energetika sahəsində əməkdaşlıq barədə, Odessa-Brodı-Plotsk boru kəməri ilə məşğul olacaq şirkətin yaradılması barədə, Litva və Polşa arasında energetika sahəsində əməkdaşlıq barədə saziş imzalayacaqlar.

2007-ci ildə energetika sahəsində təhlükəsizlik üzrə "Enerji təhlükəsizliyi: tədarük, tələbat və müxtəliflik" konfransıda məruzə ilə çıxış edəcəklər:

- ABŞ Dövlət katibinin Avropa Məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza  - "Avrasiyanın enerji təhlükəsizliyi: geosiyasət və qaz tədarükünün diversifikasiya olunmuş mənbələri";

- Energetika və nəqliyyat üzrə Avropa Komissiyası Baş direktorluğunun energetika siyasəti və tədarükün təhlükəsizliyi departamentinin rəhbəri Jan-Arnold Vinua - "Avropanın enerji təhlükəsizliyinin artırılması: gələcəkdə fəaliyyət";

- Almaniya xarici işlər federal nazirliyinin beynəlxalq iqtisadi siyasət şöbəsinin müdiri və Energetika məsələləri üzrə xüsusi tapşırıqlar üzrə Qrupun rəhbərinin müavini Viktor Elblinq - "Aİ-nin qonşu regionlarla energetika sahəsində əməkdaşlığı";

- Keçid dövrü demokrtaiyası layihəsinin rəhbəri, ABŞ-ın xarici işlər üzrə Şurasının üzvü Bryus Cekson - "enerji təhlükəsizliyi və demokratiyanın inkişafı, həmçinin, onun Şərqi Avropada genişlənməsi arasında əlaqə" və s.

Xəbər lenti

Xəbər lenti