...

"Botas": "Türkiyə Avropaya satılan qazın resellerinə çevrilməyə çalışmır"

Energetika Materials 5 Oktyabr 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Türkiyə Xəzərdə hasil olunan qazın bir hissəsini əldə etmək məqsədilə Avropa və Asiya arasında körpü rolu oynamağa səy göstərir. "Yerli istehsala malik olmayan Türkiyənin yeganə ümid etdiyi faktor coğrafi faktor, yəni Türkiyənin regiondakı mövqeyidir" - deyə "Botas" şirkətinin baş meneceri Saltuk Düzyol məlumat verib. Lakin bu o demək deyil ki, Türkiyə Avropaya nəql olunan qazın resellerinə çevrilməyə çalışır. "Energy Intelligence Group"un məlumatında belə deyilir.

"Bizim qazı yenidən satmaq məqsədimiz yoxdur" - deyə Düzyol bildirib. Türkiyə Xəzər və Aralıq dənizi tədarükçiləri üçün Avropa bazarlarına çıxış təklif edən tranzit marşrutu rolu oynayacaq.

"Bizim əsas məqsədimiz yeni mənbələrə çıxış üçün yeni (enerji) dəhlizin açılmasıdır" - deyə Düzyol qeyd edib və Azərbaycanın "Nabukko" kəməri ilə qaz nəqli niyyətini təqdir edib.

Xəbər lenti

Xəbər lenti