...

ABŞ 2009-cu ildə WTI neftinin orta qiymətinin səkkiz faiz azalacağını proqnozlaşdırır

Energetika Materials 9 Aprel 2008 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Dövlət Energetika İnformasiya İdarəsinin (EİA) proqnozlarına görə, 2008-ci ilin ikinci yarısında WTI markalı Amerika neftinin orta qiyməti $100,79/barr. təşkil edəcək.

EİA 2009-cu ildə neftin orta qiymətinin 2008-ci ildə $100,61/barr-a qarşı $8,11/barr. azalaraq $92,5/barr. çatacağını proqnozlaşdırıb.

2008-ci ildə WTI markalı Amerika neftinin maksimal qiyməti $105,46/barr., minimal isə $92,97/barr. təşkil edəcək.

EİA-nın proqnozlarına görə, 2009-cu ildə WTI-nin maksimal qiyməti yanvarda - $96/barr., minimal qiymət isə dekabrda müşahidə ediləcək - $89/barr.

Xəbər lenti

Xəbər lenti