...

2009-cu ildə Azərbaycanda yeni dəniz neft terminalının bir sıra obyektlərinin tikintisi başa çatacaq

Energetika Materials 24 Aprel 2008 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel/ Trend müxbir A.Bədəlova/ 2009-cu ildə Azərbaycanda illik gücü 45 mln. ton olan yeni Qaradağ-Səngəçal dəniz neft terminalının bir sıra obyektlərinin tikintisi başa çatacaq. Bu barədə cümə axşamı Bakıda, ikinci Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında Cross Caspian oil and gas Logistics şirkətinin Baş direktoru vəzifəsini icra edən Dmitri Solovyov məlumat verib.

Cross Caspian Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) karbohidrogenlərin Xəzər dənizi vasistəsilə Qara dənizə nəqli üzrə xidmətləri koordinasiya və təmin edən BM-dir.

Solovyov bildirib ki, terminalın tikintisi artıq başlayıb, "maliyyə institutları ilə saziş bağlanılıb". birinci mərhələdə terminalın saxlama gücü 200 min kubmetr təşkil edəcək, lakin sonra üç dəfə artırılacaq.

Solovyovun sözlərinə görə, 2007-ci ildə Azərbaycan-Gürcüstan dəmir yolu ilə neft yüklərinin nəqli ildə 9 mln. ton təşkil edib. Bu il bu göstərici ildə 12 mln. ton təşkil edir. 2009-cu ildə bunun16 mln. tonadək, 2019-cu ildə isə 19 mln. tonadək artacağı gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti