...

SOCAR ilin sonuna qədər Xəzərdəki perspektiv qaz strukturunun geofiziki tədqiqatını başa çatdıracaq

Energetika Materials 30 Mart 2009 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.İsmayılov /

"Aprelin sonunda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizindəki "Bahar-2" perspektiv qaz strukturunda üçölçülü seysmik təqdiqatları (3D-seysmika) bərpa edəcək", - bazar ertəsi SOCAR-dakı məlumatlı mənbə xəbər verib.

"Bir müddət əvvəl strukturdakı işlər hava şəraiti və lazımi gəmilərin olmaması üzündən dayandırılmışdı. Aprelin sonunda üçölçülü tədqiqatları bərpa etmək planlaşdırılır. Biz bu strukturda yaxşı nəticələr gözləyirik", - mənbə deyib.

Mənbədən bildirilənə görə, strukturunun tədqiqatı işlərini, o cümlədən əldə olunan məlumatların analiz və interpretasiyasını ilin sonuna qədər bitirmək planlaşdırılır.

SOCAR ölkədə qaz hasilatı həcmini artırmaq məqsədilə perspektiv dəniz strukturlarının, eləcə də "Bahar-2"-nin öyrənilməsini həyata keçirir.

"Bahar" nadir yataqdır. Ötən əsrin 80-ci illərində bu yataqdan 16-17 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ölkənin qaza tələbatının 30-40 faizini təmin edib. ARDNŞ "Bahar" yatağının işlənməsi ilə müstəqil məşğul olur.

Azərbaycanda qaz hasilatı ilə SOCAR məşğul olur. Şirkət öz hesabına yataqlardan yanacaq istehsal edir. Əldə olunan qazın böyük hissəsi Azərbaycanın daxili bazarında tələbatın ödənilməsinə yönəldilir, bir hissəsi isə Gürcüstana göndərilir.

BP-nin texniki operatorluğu ilə, ARDNŞ-nin iştirakı ilə xarici tərəfdaşlar tərəfindən "Şahdəniz" yatağından da qaz hasil olunur. Hasil olunan qaz Azərbaycan bazarına, eləcə də Cənubi Qafqaz boru kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə ixrac olunur. Azərbaycan, həmçinin ABƏŞ tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən səmt qazını da əldə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti