...

Azərbaycan Dövlət Neft Fondu şəffaflıq cədvəlində birinci yeri tutub

Energetika Materials 5 Noyabr 2009 11:14 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Linaburq-Meduel Şəffaflq İndeksi" cədvəlində birinci yeri tutub. Bu barədə ARDNF tərəfindən çərşənbə günü yayılan məlumatda deyilir.
Azərbaycan Dövlət Neft Fondu şəffaflıq cədvəlində birinci yeri tutub

Azərbaycan, Bakı, 04 noyabr / Trend /

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Linaburq-Meduel Şəffaflq İndeksi" cədvəlində birinci yeri tutub. Bu barədə ARDNF tərəfindən çərşənbə günü yayılan məlumatda deyilir.

45 suveren fonddan yalnız 8-i bu cədvəldə birinci yeri tutur. Renkinqdə ilk yeri Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə yanaşı, Çili, Birləşmiş Ərəb Əmirlikləri (Mubadala), Sinqapur (Temasek), İrlandiya (NPRF), ABŞ (Alaska), Norveç (GPF) və Yeni Zelandiyanın suveren fondları tutub.

"Linaburq-Meduel Şəffaflıq İndeksi" Suveren Fondlar İnstitutunun təsisçiləri Karl Linaburq və Maykl Meduel tərəfindən hazırlanıb. Bu indeks suveren fondların şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətlərinin qiymətləndirilməsi metodudur. Bu indeks 10 meyardan ibarətdir və hər meyar 10 ballıq şkala ilə qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti