...

ARDNŞ və "Botaş" qaz müqavilələrinin hazırlanmasını uğurla davam etdirirlər - Dövlət Neft Şirkətinin prezidenti

Energetika Materials 15 May 2010 13:48 (UTC +04:00)
ARDNŞ və Türkiyə Dövlət boru kəməri şirkəti "Botaş" Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinə qədər Azərbaycanla Türkiyə arasında qaz məsələləri üzrə müqavilələrin hazırlanmasını başa çatdırmaq üçün işləri uğurla davam etdirirlər.
ARDNŞ və "Botaş" qaz müqavilələrinin hazırlanmasını uğurla davam etdirirlər - Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ və Türkiyə Dövlət boru kəməri şirkəti "Botaş" Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinə qədər Azərbaycanla Türkiyə arasında qaz məsələləri üzrə müqavilələrin hazırlanmasını başa çatdırmaq üçün işləri uğurla davam etdirirlər. Bu barədə şənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev Xızıda müalicə-diaqnostik mərkəzin açılış mərasimində məlumat verib.

"Botaş" şirkətinin mütəxəssisləri hazırda Azərbaycandadırlar və sazişin hazırlanması prosesləri uğurla aparılır. Hazırda bizim mütəxəssislər və "Botaş"ın əməkdaşları sazişin detalları üzərində işləyirlər. Biz razılaşmanın həmin vaxta qədər hazır olması üçün səy göstəririk", - Abdullayev deyib.

Hazırda "Şah dəniz" qaz-kondensat yatağının birinci və ikinci mərhələsi və Azərbaycan qazının Türkiyə ərazisindən nəqli barədə layihə çərçivəsində Azərbaycanla Türkiyə arasında əvvəlcədən əldə edilmiş prinsipial razılıqların detalları üzərində iş aparılır.

Azərbaycan qazı 1000 kubmetri 120 dollar dəyərində Türkiyəyə nəql edilir. Halbuki, Türkiyənin daxili bazarında alıcılar üçün qazın 1000 kubmetrinin qiyməti  300 dollardan çox təşkil edir (Məlumatları "Botaş" şirkətinin rəsmi saytı yayıb).

Türkiyə tərəfi layihənin birinci mərhələsi çərçivəsində qazın yeni qiymətinə dair tərəflər arasında əldə edilmiş razılıqlar zamanı yaranan bütün fərqləri ödəməyə hazır olduğunu bəyan edib.

Müqavilənin şərtlərinə görə, Türkiyə hər il "Şahdəniz" yatağından birinci mərhələdə 6,6 milyard kubmetr qaz əldə etməlidir.

"Şahdəniz" yatağından qazın hasilatı barədə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları: BP (operator) - 25,5 faiz, Statoil - 25,5 faiz, NICO -10 faiz, Total - 10 faiz, LUKoil - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti