...

İran ilin sonunadək təyyarə yanacağı istehsalını artıracaq

Energetika Materials 14 İyul 2010 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

İran ilin sonunadək təyyarə yanacağı istehsalını sutkada beş min litrədək artıracaq. Bu barədə İsfahan neft emalı zavodunun baş mühəndisi Əli Dehqaniyan bildirib. Məlumatı ILNA informasiya agentliyi yayıb.

Dehqaniyan bildirib ki, hazırda İranda gün ərzində 1,3 milyon litr təyyarə yanacağı istehsal olunur. İsfahan neft emalı zavodunun inkişafı layihəsinin həyata keçirilməsi ilə bu göstərici sutkada beş min litrədək artacaq.

Onun sözlərinə görə, bu günədək zavodun modernləşdirilməsi layihəsi üzrə işlərin 70 faizi yerinə yetirilib. Zavodun təyyarə yanacağı istehsalı üzrə texniki sahəsi ilin sonunda istismara veriləcək.

"İranda gün ərzində 4 milyon litrədək təyyarə yanacağı istifadə olunur", - Dehqaniyan deyib.

Xəbər lenti

Xəbər lenti