...

Avropanın 27 ölkəsində "Euro-super 95" markalı benzinin qiyməti (12-19 iyul)

Energetika Materials 23 İyul 2010 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Bədəlova/

Ötən həftə ərzində (12-19 iyul) Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin orta qiyməti min litrə 1335 avro təşkil edib ki, bu da bundan əvvəlki həftənin orta qiymətindən min litrə görə 10 avro azdır. Benzinin qiymətinə dair statistik məlumatlar Avropa Komissiyasının rəsmi saytında öz əksini tapıb.

Ötən həftə ərzində Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin ən yüksək qiyməti Yunanıstanda müşahidə olunub. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti 5 avro azalaraq min litrə 1504 avro təşkil edib.

Bu markalı benzinin ən aşağı orta qiyməti Bolqarıstanda (min litrə 1011 avro) müşahidə olunub ki, bu da bundan əvvəlki həftənin orta qiymətindən 18 avro azdır.

Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə ikinci yerdə duran ölkə Niderlanddır. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti 2 avro azalaraq min litrə 1487 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 benzininin qiymətinə görə üçüncü yeri tutan Belçikada qiymət dəyişməz qalıb (min litrə 1449 avro).

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə dördüncü yeri tutan Danimarkada qiymət 8 avro azalaraq min litrə 1431 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə beşinci yeri tutan Finlandiyada qiymət dəyişməz qalıb (min litrə 1430 avro).

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə altıncı yeri tutan Almaniyada qiymət 4 avro azalaraq min litrə 1382 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə yeddinci yeri tutan Böyük Britaniyada qiymət 26 avro azalaraq min litrə 1377 avro təşkil edib.

Euro-super 95 markalı benzinin qiyməti Portuqaliyada bir həftə öncə qeydə alınan 1382 avroya nisbətdə 1368 avro təşkil edib.

Ötən həftə ərzində Euro-super 95 markalı benzinin qiymətinə görə doqquzuncu yeri tutan İtaliyada qiymət 7 avro azalaraq min litrə 1365 avro təşkil edib.

Avropa ölkələri arasında Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə onuncu yeri İrlandiya tutub. Bu ölkədə qiymət min litrə 1333 avro (ötən həftə olduğu kimi) təşkil edib.

Avropanın 27 ölkəsində Euro-super 95 markalı benzinin qiyməti (vergilər daxil olmaqla):

Ölkələr

Qiymət/avro

(12-19 iyul)

Qiymət/avro

(5-12 iyun)

Yunanıstan

1504

1509

Niderland

1487

1489

Belçika

1449

1449

Danimarka

1431

1439

Finlandiya

1430

1430

Almaniya

1382

1386

Böyük Britaniya

1377

1403

Potruqaliya

1368

1382

İtaliya

1365

1372

İrlandiya

1333

1333

Fransa

1328

1332

İşveç

1324

1345

Çexiya

1276

1286

Slovakiya

1271

1275

Malta

1220

1220

Sloveniya

1217

1223

Avstriya

1202

1188

Litva

1192

1201

Macarıstan

1187

1230

İspaniya

1165

1166

Lüksemburq

1151

1151

Polşa

1126

1150

Latviya

1100

1100

Estoniya

1097

1097

Kipr

1087

1090

Rumıniya

1074

1086

Bolqarıstan

1011

1029

Xəbər lenti

Xəbər lenti