...

Yanvar-sentyabrda ARDNŞ Azərbaycanın Dövlət Büdcəsinə köçürmələri 19 faizdən çox artırıb

Energetika Materials 12 Oktyabr 2010 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Yanvar-sentyabrda ARDNŞ Azərbaycanın Dövlət Büdcəsinə 848 milyon manata yaxın vəsait köçürüb ki, bu da 2009-cu ilin analoji dövründən 136,24 milyon manat (19,1 faiz) çoxdur. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında deyilir. Sentyabrda bu göstərici 140,8 milyon manat təşkil edib.

Məlumatda deyildiyinə görə, yanvar-sentyabrda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 97,5 milyon manata yaxın vəsait köçürüb ki, bu da ötən ilin yanvar-sentyabrına nisbətdə, təxminən, 11,8 milyon manat (13,7 faiz) çoxdur. Sentyabrda Dövlət Sosial Müdafiə Fonduna 12,31 milyon manat köçürülüb.

Xəbər lenti

Xəbər lenti