...

"AMEC" mühəndislik şirkəti Azərbaycanda nümayəndəlik açıb

Energetika Materials 12 Oktyabr 2010 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrda Azərbaycanın vergi orqanlarında Böyük Britaniyanın mühəndislik şirkəti olan "AMEC" qeydiyyatdan keçib. Bu barədə Vergilər Nazirliyi rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Onun təsisçisi Böyük Britaniyanın "AMEC Property & Overseas Investment Ltd" şirkətidir. Təşkilat dövlət qeydiyyatından 2010-cu il sentyabrın 8-də keçib. Şirkət 100 min manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Onun rəsmi nümayəndəsi Böyük Britaniya vətəndaşı Piter Alan Uarddır.

"AMEC" şirkəti "Tekfen" və "Azfen" şirkətləri ilə alyansda Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yatağında hasilatın artırılması layihəsində iştirak edir. Şirkətlər "ATA" tikinti meydançasında yeni dəniz platforması üçün hündürtikililər ucaldacaq.

Xəbər lenti

Xəbər lenti