...

Yaxın Şərqdəki çətin vəziyyət boru kəməri layihələrinin həyata keçirilməsinə mənfi təsir göstərir

Energetika Materials 12 Sentyabr 2011 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yaxın Şərqdə hazırkı siyasi vəziyyət bu zonadan keçməklə qısa müddətdə qaz nəqlinin həyata keçirilməsini sual altında qoyur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ARDNŞ-nin yüksək vəzifəli işçisi deyib.

Misir ilə əlaqələrin çətinləşməsindən sonra İsrailin Azərbaycandan qaz alma ehtimalına dair suala cavab verən ARDNŞ əməkdaşı deyib ki, İsrail tərəfdən yeni təkliflər gəlməyib.

Onun sözlərinə görə, Türkiyədən Suriyaya qaz boru kəmərinin tikinti prosesi uzandıqca, bu istiqamətdə qaz nəqli faktiki olaraq qeyri-mümkün olur.

Məsul işçinin qiymətləndirməsinə görə, Suriyadakı çətin siyasi vəziyyət iqtisadi sahəyə pis təsir edə bilər. "Şübhə edirəm ki, yaxın vaxtlarda Türkiyədən Suriyaya qaz boru kəmərinin tikinti işləri başa çatsın", - o deyib.

Azərbaycan qazının Suriyaya nəqli 65 km-lik Türkiyə-Suriya (Kilis-Hələb) boru kəmərinin tikilməsindən sonra mümkün olacaq. Ancaq Suriyadakı siyasi qeyri-sabitlik layihənin tamamlanma müddətinə təsir edə bilər.

BOTAŞ şirkəti bu layihəni gələn il başa çatdırmaq niyyətindədir. Azərbaycan bu yol ilə İordaniya və İsrailə qaz satacaq.

Xəbər lenti

Xəbər lenti