...

Aİ-nin enerji resursları ilə təmin olunmasında qonşu ölkələrin rolu artır

Energetika Materials 22 Sentyabr 2011 19:04 (UTC +04:00)
Avropa İttifaqı ilə qonşu olan ölkələr enerji resurslarının Aİ ölkələrinə tədarükü və onların tranziti məsələsində daha da artan əhəmiyyət kəsb edirlər.
Aİ-nin enerji resursları ilə təmin olunmasında qonşu ölkələrin rolu artır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Bədəlova/

Avropa İttifaqı ilə qonşu olan ölkələr enerji resurslarının Aİ ölkələrinə tədarükü və onların tranziti məsələsində daha da artan əhəmiyyət kəsb edirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Aİ-nin Azərbaycan nümayəndəliyi tərəfindən göndərilmiş energetika üzrə komissar Günter Ottingerlə genişlənmə üzrə komissar Ştefan Fülenin birgə bəyanatında deyilir.

"Aİ ölkələri qonşu ölkələr tərəfindən tədarük edilən enerji resurslarından çox asılıdırlar. Biz qazımızın 60 faizini əsasən qonşu ölkələrdən idxal edirik", - bəyanatda bildirilir.

Komissarların sözlərinə görə, Aİ ilə qonşu ölkələr bərpa oluna bilən enerji mənbələrinin istehsalı sahəsində böyük potensiala malikdirlər.

Xəbər lenti

Xəbər lenti