...

Azərbaycan neftinin qiymətləri fevralın 1-də artıb

Energetika Materials 2 Fevral 2012 16:29 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 115,7 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 1,36 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 114,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 1-də 110,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 1-də 111,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,66 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti