...

Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracının başlama tarixi açıqlanıb

Energetika Materials 6 İyun 2012 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.İsmayılov/

Cari ilin oktyabrında Azərbaycandan elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə tədarükü prosesinə başlamaq üçün imkan yaranacaq. Bu barədə çərşənbə günü Trend-ə Gürcüstanın energetika və təbii sərvətlər naziri Aleksandr Xetaquri bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstan, Türkiyə və Azərbaycan ərazisində xətlərin çəkilməsi ilə bağlı işlər başa çatdırılır. İşlər başa çatdıqdan sonra ölkələrin enerji sistemlərini birləşdirmək imkanı yaranacaq ki, bu da elektrik enerjisi axınını təmin edəcək.

Xetaquri deyib ki, enerji körpüsü çərçivəsində ilkin mərhələdə 350 meqavat elektrik enerjisi yaranacaq, gələcəkdə isə bu həcm 700 meqavata çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti