...

Azərbaycanda bir neçə kəndə təbii qaz verilib

Energetika Materials 14 İyun 2012 18:00 (UTC +04:00)
Biləsuvar rayonunun Yuxarı Cürəli, Ovçubərə və Ağalıkənd kəndlərinə uzun müddətdən sonra təbii qazın bərpası münasibətilə tədbir keçirilib.
Azərbaycanda bir neçə kəndə təbii qaz verilib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Biləsuvar rayonunun Yuxarı Cürəli, Ovçubərə və Ağalıkənd kəndlərinə uzun müddətdən sonra təbii qazın bərpası münasibətilə tədbir keçirilib.

Trend cümə axşamı ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, "Azəriqaz" İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Yuxarı Cürəli, Ovçubərə və Ağalıkənd kəndlərinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında uzunluğu 8300 metr olan müxtəlif diametrli polietilen, 9672 metr uzunluğunda isə metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, ilkin mərhələdə 31 ədəd sayğac quraşdırılaraq 31 mənzilə təbii qaz verilib.

Qazlaşdırma işləri adıçəkilən kəndlərdə mərhələli şəkildə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti