...

Ərdoğan: Bu il TANAP layihəsi çərçivəsində torpaq işləri başlayacaq

Energetika Materials 6 Fevral 2013 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və Azərbaycan parlamentləri Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinə dair sazişi ratifikasiya ediblər və bu il bu layihə çərçivəsində torpaq işlərinin başlanması gözlənilir.

Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan slovakiyalı həmkarı Robert Fitso ilə görüşündə deyib.

Ərdoğan qeyd edib ki, "Nabucco West" layihəsinin həyata keçirilməsində hər hansı irəliləyiş müşahidə edilmir və Aİ bu məsələyə təkan vermək üçün hər hansı ciddi addım atmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti