...

Azərbaycan OPEK ilə dialoqu inkişaf etdirmək niyyətindədir

Energetika Materials 11 Aprel 2013 18:59 (UTC +04:00)
ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov Neft İxrac Edən Ölkələr Birliyinin/Təşkilatının (OPEK) baş katibi Abdalla Salem El-Badri ilə görüşüb.
Azərbaycan OPEK ilə dialoqu inkişaf etdirmək niyyətindədir

Azərbaycan, Bakı, 11 aprel /Trend/

ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov Neft İxrac Edən Ölkələr Birliyinin/Təşkilatının (OPEK) baş katibi Abdalla Salem El-Badri ilə görüşüb.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, görüşdə OPEK ilə Azərbaycan arasında yaranan dialoqun inkişaf etdirilməsi ətrafında söhbət aparılıb, Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də enerji sahəsində aparıcı təşkilat olan OPEK ilə əməkdaşlığa böyük önəm verməsi qeyd edilib.

Görüşün əsas məqsədlərindən biri OPEK-in baş katibinə Azərbaycanın neft və qaz sənayesini əks etdirən "Azərbaycan nefti", "Nobellər və Bakı nefti" kitablarını, həmçinin ARDNŞ haqqında nəfis tərtibatlı yeni "SOCAR Celebrating 20 years since incorporation" adlı xüsusi kitabı təqdim etmək olub. Eyni zamanda, baş katibə Azərbaycan haqqında bir sıra kitab və bukletlər, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Azərbaycan" kitabı təqdim edilib. Ayrıca olaraq El-Badriyə ölkəmizin neft və qaz sənayesinin tarixi faktlarına dair nümayəndəlik tərəfindən tərtib və sifariş edilmiş xüsusi buklet hədiyyə olunub və orada yer almış tarixi məlumatların OPEK-in müvafiq nəşrlərində əks olunması xahiş olunub.

Baş katib təqdim olunmuş kitab və bukletlərə görə təşəkkürünü bildirib. Bu kitabların OPEK-in kitabxanasında müvafiq və layiqli yer alacağını, ayrıca olaraq təşkilatın məsul işçilərinin də diqqətinə çatdırılacağını qeyd edib. El-Badri Azərbaycanın neft və qaz sənayesinə dair mühüm hadisələrin və onların dünya neft-qaz sənayesinin tarixinə töhfəsi haqqında geniş auditoriyanın məlumatsız olduğunu və bu səbəbdən nümayəndəliyin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini və təşkilatın gələcək nəşrlərində nəzərə alınacağını da bildirib.

El-Badri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin son illər təşkilatın tədbirlərində iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə OPEK və OPEK-ə üzv olan ölkələr arasında fikir və təcrübə mübadiləsinin aparılmasından hər iki tərəfin faydalana biləcəyini vurğulanıb. Baş katib bunun üçün bütün imkanların mövcudluğunu qeyd edib və öz tərəfindən istənilən dəstəyi vermək üçün hazır olduğunu vurğulayıb. Gələcəkdə də OPEK-in bu təşkilata üzv olmayan ölkələr üçün açıq olan tədbirlərində Azərbaycanı məmnuniyyətlə görmək istədiyini deyib.

Görüşün sonunda sırf "Azeri Light" markalı Azərbaycan xam neftinin istifadəsi ilə yaradılmış "Qız qalası" adlı unikal rəsm əsəri OPEK üçün təşkilatın baş katibinə təqdim olunub, xatirə fotoşəkilləri çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti