...

"Azərikimya" İB-də Almaniyanın "McKinsey&Company" şirkətinin nümayəndələri ilə görüş keçirilib

Energetika Materials 11 Aprel 2013 19:21 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində Almaniyanın "McKinsey&Company" şirkətinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib.
"Azərikimya" İB-də Almaniyanın "McKinsey&Company" şirkətinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində Almaniyanın "McKinsey&Company" şirkətinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib.

İB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı qonaqlara "Azərikimya" İstehsalat Birliyinin strukturu, istehsalat fəaliyyəti və perspektiv inkişaf planları, Sumqayıtda inşasına başlanılan, çoxşaxəli və unikal istehsalat sahələrinə malik olacaq Kimya Sənaye Parkı və Karbamid (azot gübrəsi) zavodu haqqında geniş məlumat verilib. Yeni Neft-Qaz və Neft-Kimya Kompleksinin (NQNK) iqtisadi səmərəliliyinin artırılması, Türkiyənin "Petkim" şirkəti və STAR layihəsi ilə inteqrasiya imkanlarının, habelə maliyyə, satış bazarı, kommersiya risklərinin araşdırılması və digər məsələlərlə bağlı təkliflərin hazırlanmasında iştirak etməli olan Almaniya şirkəti nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

ARDNŞ-nin neft-kimya bazarlarında cari vəziyyəti və prioritetləri, dünyanın neft-kimya bazarlarında Azərbaycanın bugünkü mövqeyi və gələcəkdə xüsusi çəkisinin artırılması, regionda neft emalı və neft-kimya bazarlarında "Azərikimya" məhsullarına tələbatın gözlənilən həcmi, onların dünya bazarlarına səmərəli çıxışı ilə bağlı logistika planları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Avropa, Asiya, o cümlədən Türkiyə və MDB ölkələri kimi ixrac bazarlarında yeni Neft-Qaz və Neft-Kimya Kompleksi məhsullarının rəqabətliliyinin təmin olunması məsələsi də müzakirə edilib, müvafiq təkliflər irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti