...

Bu gecə Binəqədi rayonunda qaz olmayacaq

Energetika Materials 12 Aprel 2013 17:35 (UTC +04:00)
Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu gecə Binəqədi rayonunda qaz olmayacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, 12 aprel 2013-cü il tarixdə saat 22:00-dan 13 aprel 2013-cü il tarixdə saat 10:00-dək "Alatava" qazpaylayıcı stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti