...

"Nabucco West" layihəsi çərçivəsində "open season" prosesinə başlanılıb

Energetika Materials 6 May 2013 15:59 (UTC +04:00)
"Nabucco West" qaz kəməri layihəsi çərçivəsində qaz treyderləri tərəfindən qaz həcmlərinin ehtiyat üçün saxlanılmasını nəzərdə tutan "open season" prosesinə başlanılıb.
"Nabucco West" layihəsi çərçivəsində "open season" prosesinə başlanılıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.Tariverdiyeva/

"Nabucco West" qaz kəməri layihəsi çərçivəsində qaz treyderləri tərəfindən qaz həcmlərinin ehtiyat üçün saxlanılmasını nəzərdə tutan "open season" prosesinə başlanılıb. Həmin treyderlər qaz həcmlərini satın alacaqlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Nabucco Gas Pipeline International GmbH"in yaydığı məlumatda deyilir.

Məlumata görə, "open season" prosesinin ilkin mərhələsi potensial yük daşıyıcılarına boru kəmərinin gücünün sifarişində öz maraqlarını rəsmən qeydiyyata almaq və "open season" prosesinin sənədlərinə çıxış tələb vermək imkanı təqdim edir. Bu sənədlər, həmçinin "open season" prosesinin təfərrüatlarını, qazın nəqli üzrə sazişin formasını əhatə edir.

"Nabucco Gas Pipeline International GmbH"in icraçı direktoru Reynhard Mitçekin sözlərinə görə, "Nabucco West" boru kəməri istehsalçıları və yük daşıyıcılarını Cənub-Şərqi və Mərkəzi Avropanın artan bazarlarına çıxışla təmin edəcək, həmçinin Baumqartendə (Avstriya) Mərkəzi Avropa qaz qovşağına çıxış imkanımnı artıracaq.

"Open season" açıq prosesi sərbəst çıxış və tədarüklərin şaxələndirilməsi prinsiplərinə müvafiq həyata keçiriləcək", - Mitçek qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti