...

BP "Şahdəniz" layihəsi çərçivəsində istismar qazma işlərini davam etdirəcək

Energetika Materials 11 Fevral 2014 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın Xəzər sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi operatoru qismində çıxış edən BP şirkəti yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində yayda yeddinci quyunun qazılması işlərinə başlayacaq. Bunu çərşənbə axşamı Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, "Şahdəniz"in işlənməsinin I mərhələsi çərçivəsində yataqda tikilmiş yeganə platformada növbəti quyunun qazılmasına başlanılması 2014-cü il iyul-avqust aylarına təsadüf edəcək: "Bu yaxınlarda platformada sayca altıncı hasilat quyusu istismara verilib və hazırda bütün bu quyular işlək vəziyyətdədir".

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları bunlardır: BP (operator) - 28,8 faiz, Statoil - 15,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, Lukoil - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 16,7 faiz.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti