...

ARDNŞ: Balkan yarımadası Azərbaycan üçün prioritet qaz bazarı olaraq qalacaq

Energetika Materials 19 Fevral 2014 18:44 (UTC +04:00)
Balkan yarımadası Azərbaycan üçün prioritet qaz bazarı olub və olacaq. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "New Europe" agentliyinə müsahibəsində deyib.
ARDNŞ: Balkan yarımadası Azərbaycan üçün prioritet qaz bazarı olaraq qalacaq

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.İsmayılov/

Balkan yarımadası Azərbaycan üçün prioritet qaz bazarı olub və olacaq. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "New Europe" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Balkan yarımadası Türkiyədən sonra qazın dərhal tədarük ediləcəyi Avropanın əsas istiqaməti olacaq: "Avropanın digər regionlarına qaz tədarüklərini müqayisə etsək, nəqlin dəyəri baxımından Balkan yarımadası təbii ki, bizim prioritet istiqamətimizdir".

ARDNŞ-nin vitse-prezidenti qeyd edib ki, Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) və Cənubi Qafqaz qaz boru kəmərləri üzrə Azərbaycan qazının Avropa və Türkiyə alıcılarına tədarükü nəzərdə tutulmuş vaxtda həyata keçiriləcək: "TAP və TANAP layihələri bir-biri ilə əlaqəlidir və onların həyata keçirilməsi paralel gedir".

E.Nəsirov bildirib ki, TANAP çərçivəsində tikinti işlərinin böyük hissəsi ARDNŞ-nin payına düşür, Dövlət Şirkətinin maliyyə payını Azərbaycan Respublikası Dövlət Neft Fondu təmin edəcək: "Cənub Qaz Dəhlizi" üzrə gələcəkdə Azərbaycanın digər yataqlarından hasil ediləcək qaz nəql ediləcək".

Onun sözlərinə görə, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsində digər istehsalçıların iştirakını da alqışlayır: "Biz digər istehsalçıların iştirakının əleyhinə deyilik, tədarük həcmləri və buraxılış qabiliyyəti nə qədər çox olarsa, bizim qazımızın tədarük xərcləri də bir o qədər az olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti