...

Nazir: Sərt monetar siyasət Dövlət Neft Fondunun aktivlərinin azalmasının qarşısını alıb

Energetika Materials 30 Noyabr 2016 12:58 (UTC +04:00)
Sərt monetar siyasət Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin azalmasının qarşısını alıb.
Nazir: Sərt monetar siyasət Dövlət Neft Fondunun aktivlərinin azalmasının qarşısını alıb

Bakı. Ənvər Məmmədov - Trend:

Sərt monetar siyasət Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin azalmasının qarşısını alıb.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisdə 2017-ci və növbəti 3 il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib ki, bu ilin sonuna Dövlət Neft Fondunun aktivləri 3,9 mlrd. ABŞ dolları azalmalı idi: "2016-ci ilin ötən dövründə Azərbaycan Mərkəzi Bankı və hökumətin atdığı addımların və sərt monetar siyasətinin nəticəsi olaraq, Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısı alınıb".

Nazir həmçinin qeyd edib ki, 2017-ci ildə Dövlət Neft Fondunun gəlirləri 8,37 milyard proqnozlaşdırılır. Bu, 2016-cı il üçün proqnozlaşdırılmış göstəricidən 2,4 dəfə çoxdur.

Onun sözlərinə görə, Dövlət Neft Fondunun xərcləri 6,95 milyard proqnozlaşdırılır. Bu, 2016-cı il üçün proqnozlaşdırılmış göstəricidən 34.6 faiz azdır.

Qeyd edək ki, büdcə zərfi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti