...

Rumıniyada SOCAR brendli 38-ci YDM istifadəyə verilib (FOTO)

Energetika Materials 18 İyul 2017 18:50 (UTC +04:00)
Rumıniyada SOCAR brendi ilə işləyəcək YDM istifadəyə verilib.
Rumıniyada SOCAR brendli 38-ci YDM istifadəyə verilib (FOTO)

Bakı. Trend:

SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, yeni məntəqə ölkənin qərbindəki Timiş rayonunda, Rumıniya ilə Macarıstanı birləşdirən magistral yolun üzərində yerləşir. Bununla da, Rumıniyada SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatıb.

Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 iri tutumlu nəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin edilməsinə imkan verir. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə elektrik və qazla (LNG) işləyən nəqliyyat vasitələri üçün də lazımi avadanlıqlar quraşdırılıb. Xatırladaq ki, Rumıniyada elektromobillərin enerji ilə təminatı ilk dəfə məhz SOCAR məntəqələrində həyata keçirilib.

YDM ərazisində müştərilərin xidmətinə kafe, 24 saat pulsuz internet verilib.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 18 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş, Buxarest və Braşovda yanacaqdoldurma məntəqələrinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti