...

Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq

Energetika Materials 23 Aprel 2019 14:58 (UTC +04:00)
"Azərenerji" ASC və "Azərişıq" ASC tərəfindən 26-28 aprel 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq.
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq

Bakı. Samir Əli - Trend:

"Azərenerji" ASC və "Azərişıq" ASC tərəfindən 26-28 aprel 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq.

"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, bu məqsədlə texniki tədbirlər görülərək hər iki ASC-nin Mərkəzi Aparatı və şöbələr üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb.

Yarışların keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

Texniki direktorluqlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarələrində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, yarışların keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılıb, elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə şöbələr üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti