...

Azərbaycanda ötən ay gündəlik xam neft hasilatı 579,4 min barrel olub

Energetika Materials 13 Aprel 2022 14:21 (UTC +04:00)
Azərbaycanda ötən ay gündəlik xam neft hasilatı 579,4 min barrel olub

Bakı. Trend:

2022-ci ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barrel olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunun 579,4 min barrelini xam neft, 117,0 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olması nəzərdə tutulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti