...

AÇG blokunda neft hasilatı proqnozlaşdırıldığından az olub

Energetika Materials 10 İyun 2022 17:43 (UTC +04:00)
AÇG blokunda neft hasilatı proqnozlaşdırıldığından az olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neft hasilatının həcmi 167,01 milyon barel təşkil edib.

Trend bu barədə Hesablama Palatasının hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, bu göstərici 171,6 milyon barel həcmində proqnozlaşdırılırdı. Beləliklə, AÇG-nin istehsalat planı 97,33 faiz yerinə yetirilib.

Hesablama Palatasının məlumatına əsasən, 2021-ci ildə AÇG-də hasilat 2018-ci illə müqayisədə 21,8 faiz və ya 46,5 milyon barel azalıb. Bu, OPEC+ saçizi çərçivəsində hasilatın könüllü azaldılması, eləcə də quyuların təmir işləri üçün dayanması ilə əlaqədar olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti