...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 23 Avqust 2022 10:19 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 22-də 96,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,41 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 95,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,89 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 93,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,32 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti