...

Azərbaycan nefti bahalaşır

Energetika Materials 6 Oktyabr 2022 10:04 (UTC +04:00)
Azərbaycan nefti bahalaşır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 98,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,7 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 95,24 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti