...

“Cənub Qaz Dəhlizi” daha çox ölkə üçün imkanlar açır - Fransa Beynəlxalq və Strateji Münasibətlər İnstitutu

Energetika Materials 17 Oktyabr 2022 11:11 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” daha çox ölkə üçün imkanlar açır - Fransa Beynəlxalq və Strateji Münasibətlər İnstitutu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Cənub Qaz Dəhlizi” bu xəttin keçmədiyi ölkələr üçün də böyük imkanlar açır.

Bunu Trend-ə Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

"Ukraynada müharibənin başlaması ilə Avropa İttifaqı yeni təbii qaz mənbələri axtarmağa başladı, çünki 27 üzv dövlət ortamüddətli perspektivdə Rusiya qazından qurtulmaq qərarına gəldi. Son aylarda Aİ qaz ixrac edən ölkələrlə üç müqavilə imzalayıb. Onlardan biri ABŞ (dünyanın ən böyük qaz hasil edən ölkəsi və mayeləşdirilmiş təbii qazın əsas ixracatçısı), digəri Misir və İsrail (Şərqi Aralıq dənizi) və üçüncüsü Azərbaycanla imzalanıb. İtaliya Əlcəzairlə qaz sazişi imzalayıb, Almaniya Əbu-Dabidən mayeləşdirilmiş təbii qaz idxal edəcək, Fransa isə əlavə qaz tədarükü ilə bağlı Əlcəzairlə danışıqlar aparır”, - deyə o bildirib.

F.Perren qeyd edib ki, ABŞ Misir və İsrail kimi daha çox mayeləşdirilmiş təbii qaz ixrac edəcək, Azərbaycan isə Gürcüstan və Türkiyə vasitəsilə ölkəni Aİ ilə birləşdirən Cənub Qaz Dəhlizi ilə ixracını artıracaq.

"Məqsəd 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaqdır. Bu, əlbəttə ki, mühüm məqsəddir, çünki Aİ yazda 2027-ci ilə qədər Rusiya qazının idxalını dayandırmaq qərarı verib. Azərbaycan qazının Aİ-yə tədarükündə artım tendensiyası müşahidə olunur, 2021-ci ildə bu göstərici 8,1 milyard kubmetrə çatıb, 2022-ci ildə isə 12 milyard kubmetr təşkil etməlidir”, - ekspert əlavə edib.

O bildirib ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz xəttinə (TAP) qoşulmaq üçün müxtəlif variantlar mövcuddur.

"TAP-dan revers rejimində də istifadə oluna bilər. Bu o deməkdir ki, İtaliya müəyyən şərtlər daxilində qazı Cənub-Şərqi Avropaya göndərə bilər. Uzunmüddətli perspektivdə isə TAP vasitəsilə hidrogen nəql edilə bilər. Beləliklə, Cənub Qaz Dəhlizi Aİ üçün qısa, orta və uzunmüddətli perspektivdə strateji enerji layihəsidir”, - deyə o əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti