...

AZPETROLUN YENİ NEFT KƏMƏRİNİN GÜCÜ İLDƏ 25 MİLYON TON TƏŞKİL EDƏCƏK

Energetika Materials 6 İyul 2005 18:02 (UTC +04:00)

Yaxın aylarda Azərbaycanın şirkəti layizə gücü ildə Səngəcaldakı Azərtrans terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə neft daşımaq üçün 25 milyon ton olan ikinci boru kəmərinin çəkilişini başa çatdırmağı planlaşdırır. Trend in məlumatına görə, bu barədə Azpetrol məlumat verib.

Məlumatda bildirilir ki, Azpetrol Group-un birinci vitse-prezidenti Tomas Mozer deyib ki, ikinci boru kəmərinə malik olan şirkəthəm cari müştərilərinə, həm də digər neft hasilatçılarına və treyderlərə BTC boru kəməri ilə neft daşımasının mümkünlüyü barədə təkliflə müraciət edə bilər.

Mayda Azertrans (Azpetrol Group-un yarımbölməsi) Səngəçal terminalında yerləşən və Azərobaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ)ə məxsus olan dəniz terminalını Exxon Azerbaijan Limited infrastrukturu ilə birləşdirən 12,6 km-lik boru kəmərinin tikintisini başa çatdırıb.

Birləşdirilmiş boru kəmərinin il ərzində 6 milyon ton neft nəql etmək imkanı var.

Azpetrol-un məlumatında bildirilir ki, bu boru kəmərinin tikinti meneceri kimi Khazar Deniz-in əsas müqaviləçisi olan EncoTech, Ceng Overseas isə boru kəmərinin tikintisi gedişində Azərtransa konsultativ injirinirinq xidmətləri göstərib.

Xəbər lenti

Xəbər lenti