...

"Azərenerji"nin yeni transformatorunun dəyəri $2 mln. təşkil edir

Energetika Materials 3 Mart 2006 20:19 (UTC +04:00)

"Azərenerji" SC-nin "Xırdalan" yarımstansiyasında quraşdırdığı transformatorun dəyəri $2 mln. təşkil edir. Trend bildirir ki, martın 3-də "Azərenerji" SC-nin baş mühəndisi Saleh Məmmədov bu barədə deyib.

"Azərenerji" AZENCO ilə birgə "Xırdalan" yarımstansiyasında 250 MVA gücündə yeni avtomatlaşdırılmış transformatorun quraşdırılmasını başa çatdırıb. Yeni transformator Ukraynadan alınıb. Stansiyada üç transformator quraşdırılıb, bunlardan ikisi 240 MVA və üçüncüsü isə 180 MVA gücündədir. Axırıncı transformator artıq işləmir. Buna görə də bu transformatorun "Azərenerji"nin xüsusi vəsaiti hesabına əvəz edilməsinə dair qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti