...

BMT Bakıda enerji təchizatı ilə bağlı simpozium keçirəcək

Energetika Materials 22 Mart 2006 17:35 (UTC +04:00)

Martın 28-30-da Bakıda "Energetika, sənayenin inkişafı, ətraf mühitin çirklənməsi, iqlim dəyişiklikləri" mövzusunda BMT-nin ardıcıl inkişaf üzrə komissiyasının simpoziumu keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsgəndər Şəkinski məlumat verib.

Bakı simpoziumu BMT-nin ardıcıl inkişaf üzrə komissiyanın iqtisadi və sosial işlər komissiyasının departamenti və Azərbaycanın Sənaye və Energetika Nazirliyi tərəfindən keçirilir.

Tədbir Enerjinin səmərəliliyi və ardığıl inkişaf üzrə Bakı simpoziumu adı altında keçirilir və enerji təchizatı sistemlərində effektivliyə həsr olunacaq.

Görüşdə Xəzəryanı ölkələrin neft və qaz hasilatında əldə etdikləri uğurlar, eləcə də enerji təminatı sistemlərindəki uğurlar və perspektivlər, bu məqsədlər üçün ardıcıl inkişaf texnologiyalarının tətbiqi barədə məruzələr dinləniləcək. Görüşün yekunları üzrə Bakı bəyannaməsinin imzalanacağı gözlənilir.

Simpoziumu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev açacaq. Tədbirin işində BMT-nin ardıcıl inkişaf üzrə departamentinin iqtisadi və sosial işlər üzrə şöbəsinin direktoru iştirak edəcək. Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi neft və qaz hasilatında ekoloji təmiz və sərfəli texnologiyaların tətbiqi mövzusunda, "Azjərenerji" SC-nin vitse-prezidenti istilik-elektrik stansiyalarında idarəetmə, müasirləşmə və səmərəlilik mövzusunda çıxış edəcəklər. İran, Rusiya, Qazaxıstan, Türkmənistan, Çin, Misir, Qətər, Avstraliya və digər ölkələrin nümayəndələrinin çıxışları gözlənilir. Tədbirdə həmçinin, beynəlxalq maliyyə institutlarının nümaynədləri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti