...

Hindistan ARDNŞ-dən iki təklifinə cavab gözləyir

Energetika Materials 23 Mart 2006 15:43 (UTC +04:00)

Hindistan şirkətləri Azərbaycanda neft emalı zavodlarının (NEZ) yenidən qurulması ilə bağlı iki təklif ünvanlayıb və rəsmi Dehli bu təşəbbüslərə cavab gözləyir. Trend in məlumatına görə, martın 23-də Bakıda keçirilmiş mətbuat konfransında Hindistanın Azərbayandakı səfiri Cioti Svarup Pande bu barədə bəyan edib.

"Hindistanın ən iri neft şirkətlərindən biri 2005-ci ilin dekabrında ARDNŞ-ə öz təklifini verib. Biz indiyədək cavab gözləyirik"-deyə səfir qeyd edib. Eyni zamanda hindistanlı diplomat təəssüflə qeyd edib ki, Hindistan mallarının əsas hissəsi Azərbaycana üçüncü ölkə vasitəsilə daxil olur. "Hindistan mallarının əsas hissəsi Birləşmiş Ərəb Əmirliklərində olur" -deyə Cioti Svarup Pande qeyd edib və bildirib ki, təəccüblü deyil ki, Azərbaycana daha çox idxal olunan Hindistan malı "boksit"dir. "Gəncədəki boksit zavodu Hindistandan birbaşa tədarük həyata keçirir"-deyə səfir qeyd edib.

Cioti Svarup Pande əlavə edib ki, azərbaycanlı sahibkarlar Hindistan mallarının bir hissəsini nəqd pula alır və bu da ticarət balansında nəzərə alınmır. Səfir həmçinin Hindistanın əczaçılıqla məşğul olan şirkətlərinin fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, Bakıda 30-dək belə firmanın ofisi açılıb.

"Viza verilməsi prosesinin sadələşdirilməsi bizim ticari əlaqələrimizin genişləndirilməsinə də imkan verir"-deyə hindistanlı diplomat sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti