...

Reymond Konvey: "AzDRES-in yenidən qurulması üçün kreditdən imtina edilməsi ilə bağlı heç bir qərar yoxdur"

Energetika Materials 1 Aprel 2006 10:09 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı "Azərenerji" SC-yə əvvəlki kimi kredit ayırmaq niyyətindədir. Bu barədə Trend ə AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Reymond Konvey məlumat verib. Əgər "Azərenerji" SC-yə AzDRES enerji bloklarının yenidən qurulması layihəsinin gerçəkləşdirilməsinin hər hansı bir mərhələsində ümumi kreditdən vəsait lazım olarsa, o zaman bank bu vəsaiti ayıracaq.

"Azərenerji" nümayəndələri bəyan edir ki, AYİB-in kreditin ayrılması üzrə şərtləri onları qane etmir, belə ki, kreditin tranşlarla ayrılması planlaşdırılır. Bu isə layihənin həyata keçirilməsi müddətinə təsir edə bilər.

Bank artıq kreditin ayrılması şərtlərindən birini ləğv edib. Bu şərt respublikada elektrik enerjisi tariflərinin artırılması ilə bağlıdır. Layihənin gerçəkləşdirilməsi üçün təxminən $150 mln lazımdır. 2006-cı ilin fevralında SC öz vəsaiti hesabına Peterburqun "Silovıe maşinı" zavodunun mütəxəssisləri ilə bu stansiyada 5-ci bloku yenidən quraşdırıb. Onun gücü 100-130 MVt-dən 330 MVt-dək artırılıb. Yanacaq sərfi xeyli azalıb. Hazırda stansiyanın digər enerji blokları avadanlıqların köhnəlməsi ilə əlaqədar tam gücündə işləmir. Buna görə də bu blokların bərpası vacibdir.

Xəbər lenti

Xəbər lenti