...

ARDNŞ ən böyük yataqda yeni qaz quyularının istismarına hazırlaşır

Energetika Materials 10 May 2006 15:51 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) Trend agentliyinə verilən məlumata əsasən, ARDNŞ platformalararası kəmərlərin tikintisindən sonra "Günəşli" yatağının dayaz hissəsində qazılmış yeni qaz quyularının istismarına başlayacaq.

Bu işlər ARDNŞ-ın neft-qaz əməliyyatları gerçəkləşdirdiyi "Günəşli" yatağında qaz hasilatının artırılması proqramına daxildir. Bu proqramda yeni qaz quyularının qazılması, aşağı təzyiqli qazın toplanması və onun sahilə nəqlini nəzərdə tutulub. Həmin yataqda qaz hasilatının həcmini 2 mlrd. m3 metr artırmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti