...

Mayda Azərbaycan Rusiyadan 247,694 milyon kubmetr qaz alıb

Energetika Materials 24 May 2006 18:35 (UTC +04:00)

2006-cı ilin yanvar - may (mayın 23-nə olan məlumata görə) Rusiyanın "Qazeksport" ("Qazprom" ASC-nin törəmə strukturu) Azərbaycana 1 mlrd. 940,5 mln. kubmetr qaz satıb. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Orta hesabla sutkada 11,3 mln. kubmetr qaz satılıb.

Ötən ilin yanvar - may aylarında şirkət Azərbaycana 2 mlrd. 233,8 mln. kubmetr qa¬z satıb.

2006-cı ilin mayında şirkətin satış həcmi 247,694 mln. kubmetr təşkil edib. Ötən ilin mayında Azərbaycana 461,474 mln. kubmetr qaz satılıb.

Cari ildə ARDNŞ "Qazeksport"dan 1 kubmetri 110 dollar olmaqla 4,5 mlrd. kub metrov qaz almaq niyyətindədir. Təbii qaz ölkəyə Şirvanovka - Qazıməmməd boru kəməri ilə verilir.

Xəbər lenti

Xəbər lenti