...

ARDNŞ-ın iki yeni boru kəmərinin çəkilişinə hazırlıq işləri gedir

Energetika Materials 9 Dekabr 2006 13:00 (UTC +04:00)

Yaxın vaxtlarda ARDNŞ və McDermott Caspian Contractors İnc. (MCCİ) Amerika şirkətinin müqaviləsi çərçivəsində yeni qaz borusu kəmərinin tikintisi başlanacaq. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər. Bu boru kəmərinin tikilməsi layihəsi "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb.

Layihədə 20 düymlü boru kəmərinin çəkilməsi nəzərdə tutulub. Borunun tikilməsi nəzərdə tutulan ərazidə vacib tədqiqatlar aparılıb. Dənizin bu hissəsində maksimal dərinlik 123, minimal dərinlik 11 metrdir. Bu layihənin gerçəkləşməsi üçün "Manessman" alman şirkətindən 52 kilometr boru əldə olunub. Hazırda boruların betonlaşdırması işi başa çatıb. Boru kəmərinin yığılması "İsrafil Hüseynov" baca quraşdırma barjı vasitəsilə, "akademik Tofiq İsmayılov" xüsusi dalğıc gəmisinin köməyilə baş tutacaq. Müqavilənin şərtlərinə uyğun olaraq, McDermott şirkətinin işinə "Günəşli" yatağındakı QMO-04 platformasından "Neft daşları"nda yerləşən qazkompressor stansiyasınadək 18,4 km uzunluğunda, 20 dyüymlü, aşağı təzyiqli qaz borusunun tikintisi də aiddir. Bundan əlavə, McDermott "Günəşli" yatağındakı QMO-14 platformasından "Neft Daşları"nda yerləşən qaz kollektoruna 123 m dərinliyində, 24,5 km uzunluğunda yüksək təzyiqli 20 düymlü qaz borusunu çəkəcək. McDermottun görəcəyi işə həm də qaz borularının bəndlənməsi üçün boru yarılmalarının montajı, dirəklərin quraşdırılması, ilkin işəsalma işləri aiddir.

Xəbər lenti

Xəbər lenti