...

Azərbaycanda olan yüksək tələbat ARDNŞ-ə birbaşa benzin ixrac etməyə imkan vermir

Energetika Materials 26 Dekabr 2006 13:12 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2007-ci ildə Bakının Azərneftyağ NEZ-də istehsal olunan birbaşa benzini (naftanı) xaricə ixrac etməyi planlaşdırmır. Bu barədə Trend ə tərkibinə həmin neft emalı zavodunun daxil olduğu ARDNŞ-dən məlumat verilib.

2006-cı ilin yanvar-noyabr aylarında Azərneftyağ NEZ 298,2 min ton birbaşa benzin istehsal edib, bu isə 2005-ci ilin analoji dövründən 8,9% azdır. Bu il ARDNŞ ixrac üçün cəmi 29,96 min ton nafta satıb.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Azərneftyağ NEZ-dən birbaşa benzinin bir hissəsi əlavə emal üçün digər Heydər Əliyev adına NEZ-ə verilir, bir hissəsi naftanı kimya məhsulunun istehsalı üçün öz qurğularında yanacaq qismində istifadə edən Azərkimya DŞ tərəfindən alınır.

"Biz naftanı ixrac edə bilmərik, belə ki, o, Azərbaycanın daxili bazarında lazımdır", - deyə ARDNŞ-dən bildirilib.

Xəbər lenti

Xəbər lenti