...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 5 Fevral 2007 16:09 (UTC +04:00)

AZERI LT FOB Ceyhan neftinin qiyməti fevralın 2-də$56,62/barr təşkil edib, bu isə 1 fevraldakı qiymətdən $0,14/barr çoxdur. Bu barədə Trend xəbər verir.

Trend in məlumatına əsasnə, AZERI LT CIF Augusta neftinin qiyməti fevralın 2-də $57,54/barr təşkil edib, bu isə 1 fevraldakı qiymətdən $0,10/barr çoxdur.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti fevralın 2-də $49,97/barr təşkil edib, bu isə 1 fevraldakı qiymətdən $0,11/barr çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Fevralın 2-də Dated Brent neftinin qiyməti $56,82/barr təşkil edib, bu isə fevralın 1-dəki qiymətdən $0,17/barr çoxdur.

Dated Brent neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti