...

Bu il ABƏŞ Azərbaycana pulsuz 1,7 milyard kub metr səmt qazı verəcək

Energetika Materials 13 Fevral 2007 19:55 (UTC +04:00)

Ötən 2006-cı il ərzində BP Azerbaijan şirkəti Azərbaycana ümümilikdə 2,4 milyard kub metr səmt qazı verib. Bunun da 700 milyon kub metri "Çıraq" yatağından, təxminən 1,7 milyard kub metri Səngəçal terminalındandır. Bu barədə Trend ə əsasən, BP Azerbaijan şirkətindən məlumat verilib.

2007-ci ilin ilkin planına əsasən, "Azəri- Çıraq-Günəşli" yatağından 1,4 milyard kub metr səmt qazının verilməsi nəzərdə tutulub. Lakin, Azərbaycanda qaz çatışmazlığını nəzərə alaraq, ABƏŞ 2007-ci il 1 yanvar dövrü ərzində lazım olduqda, 2007-ci ilin birinci kvartalına qədər ADNŞ-nə sutkada 8,2 milyon kub metr qaz verməyə razılıq verib. Beləliklə, ADNŞ-nin "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi qazın ümumi həcmi 1,8 milyard kub metr təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti