...

Azərbaycan Dövlət Neft Şirkəti "Şahdəniz"dən qazın əldə edilməsi üçün yeni boru kəməri tikəcək

Energetika Materials 16 Fevral 2007 18:31 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzərdənizneftqaztikinti" tresti yüksək təzyiqli qaz kəmərinin 10 kilometrlik sahəsində tikintini başa çatdırıb. 47 kilometrlik Səngəçal-Hacıqabul yeni boru kəmərinin bu sahəsi "Şahdəniz" yatağından qazı Azərbaycanın milli qaznəqletmə sisiteminə çatdıracaq. Bu barədə Trend ə "Xəzərdənizneftqaztikinti" trestinin baş mühəndisi Mirkazım Abbasov məlumat verib. 12 düymlük qaz kəmərinin tikintisi bu ilin birinci kvartalında nəzərdə tutulub.

Bu boru kəmərinin tikintisinin sifarişçisi Azərbaycan Dövlət Neft Şirkətidir. Bu layihənin maliyyələşdirilməsi "Azəriqaz" QSC tərəfindən həyata keçiriləcək. Yüksək təzyiqli qaz kəmərinin tikintisinin ilkin dəyəri 45 milyon dollar qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti