...

Dövlət neft şirkəti Ceyhandan neft hissəsinin satışı ilə bağlı tender elan edib

Energetika Materials 16 Fevral 2007 19:00 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdırılan özünün Azeri Light markalı neftinin yüklənməsi ilə bağlı tender elan edib. Bu barədə Trend ə ADNŞ-dən məlumat verilib. Hissənin həcmi 1 milyon barrel (və ya 135 min ton) təşkil edir. Yüklənmə 21-23 mart 2007-ci il tarixinə planlaşdırılıb. Tenderin nəticələri fevralın 22-də elan olunacaq.

AZERI LT FOB Ceyhan neftinin qiyməti fevralın 14-də $56,19/barr təşkil edib (əvvəlki qiymətindən $0,72/barr aşağı düşüb).

ADNŞ-nin Ceyhandan neft hissəsini 2007-ci ildə aşağıdakı şirkətlər əldə edib:

Glencore Energy UK Ltd - yanvar (1 milyon barrel);

IILMA OIL S.L - yanvar-fevral (1 milyon barrel);

Select Energy GmbH - fevral (600 min barrel);

Select Energy GmbH - fevral-mart (1 milyon barrel);

Glencore Energy UK Ltd - mart (1 milyon barrel);

Xəbər lenti

Xəbər lenti