...

Azərbaycan investorları Moldovanın generasiya edən istehsalat obyektlərinin inkişaf etdirilməsində iştiraka dəvət olunub

Energetika Materials 24 Fevral 2007 11:26 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Moldova hökuməti Azərbaycan şirkətlərini bu dövlətin generasiya edən istehsalat obyektlərinin inkişaf etdirilməsində iştiraka dəvət edib. Moldovanın baş naziri Vasile Tarlevin məlumatına əsasən, həmçinin 400MVt gərginlikli istilik elektrik stansiyasının tikintisi və mövcud olan iki elektrik stansiyasının gücünün 500MVt-yə çatdırılması üzrə müasirləşdirilməsi planlaşdırılıb.

Bununla yanaşı, hazırda Belts-Moldova elektrik ötürücü xətlərinin və Rumıniyaya elektrik enerjisinin ötürülməsi üçün 400Kvt gücə malik elektrik stansiyasının layihələndirilməsi işi gedir. V.Tarlevin fikrincə, bu layihələrin həyata keçirilməsi elektrik enerjisini Rumıniya və Baltikyanı dövlətlərə nəql etməyə imkan verəcək.

"Bu gün Moldovanın energetika bazarı praktik olaraq tamamilə liberalizasiya olunub və bölüşdürücü şəbəkələrin 2/3-si özəl mülkiyyətə aiddir. 2007-ci ilin sonuna qədər Moldovanın Avropanın vahid energetitka bazarına qoşulmasından sonra (Cənub-Şərqi Avropanın energetika bazarına) elektrik enerjisinin tranzitinin cəlbediciliyi daha da artacaq. Artıq Yunanısatn ilə konkret layihələr mövcuddur", deyə V.Tarlev qeyd edib.

Xəbər lenti

Xəbər lenti