...

Azərbaycan martın sonuna qədər Gürcüstana 90 mln. kubmetr qaz tədarük edəcək

Energetika Materials 16 Mart 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Martın sonuna qədər Azərbaycan Gürcüstanla 90 mln. kubmetr qaz tədarük olunması barədə sazişlə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirəcək. Zərurət yaranacağı təqdirdə tarixin aprelin 15-nə qədər uzadılması da mümkündür. Bu barədə məlumatı hökumətdən veriblər.

Hazırda Azərbaycandan Gürcüstana sutka ərzində 1,2-1,3 mln. kubmetr qaz verilir. Yanvar-fevral ayları üçün nəzərdə tutulmuş həcm isə tamamilə göndərilib. Hazırda mart ayı üçün nəzərdə tutulmuş həcm tədarük olunur.

Ötən iki ay ərzində Gürcüstana 1 000 kubmetri 120 dollar olmaqla 30 mln. kubmetr qaz satılıb. Bundan əlavə, bu il "Şahdəniz" yatağından hasil olunmuş qaz kondensatı da Gürcüstana ixrac olunacaq. Gürcüstanın 1 000 kubmetrini 63 dollara alacağı qazın həcmi isə 250 mln. kubmetr müəyyən olunub. Əlavə həcm və onun qiyməti hazırda danışıqlar mövzsusudur.

Xəbər lenti

Xəbər lenti