Azərbaycan,Bakı/müxbir Trend S.Əliyeva/Sabah Bakıya Rusiya və Azərbaycan arasında elektrik enejisinin idxal-ixracının bərpa olunması üzrə danışıqların aparılması üçün "Rusiya EES" RAO-nun nümayəndələrinin gəlişi gözlənilir. Bu barədə cümə axşamı "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Danışıqların aprelin 28-də aparılması planlaşdırılır.
Yeni müqaviləyə əsasən, işə mayın 1-dən sonra başlanması gözlənilir. Hazırda Rusiya və Azərbaycan arasında qiymətlər üzrə razılığa qədər sıfır səviyyəsində enerji mübadiləsi davam etdirilir.
SC-nin vitse-prezidentinin sözlərinə görə, enerji mübadiləsində elektrik enerjisinin nəql həcmləri saxlanılıb. Rusiyadan çatdırılan elektrik enerjisinin həcmi eyni miqdarda qaytarılır. Elektrik enerjisinin çatdırılması üzrə mövcud olan müqavilə bütünlükdə 2007-ci il üçün nəzərdə tutulub. Tariflər yalnız birinci rübb üçün qəbul olunub. Birinci rübdə Rusiyadan Azərbaycana elektrik enerjisinin idxalı 2006-cı ildəki tariflər üzrə - 1 kVt/saata 3,636 sent üzrə həyata keçirilib. Azərbaycan elektrik enerjisinin Rusiya üçün satış qiymətini 1 kVt/saat üçün 1,58 sentdən 1,8 sentədək artırıb.